Accessibility links

Fransa Rusiyanın planlarından narahatdır


Fransa prezidenti Nikola Sarkozi Rusiyanın Polşa sərhədi yaxınlığında raket quraşdırmaq barədə planlarından “güclü narahaltığını” ifadə edib. Hazırda Avropa Birliyinə sədrlik edən ölkənin prezidenti kmi, cənab Sarkozi Rusiya rəhbərliyinin Birləşmiş Ştatların Avropanın şərqində müdafiə sipəri quraşdırmaq planlarına qarşı əks tədbirlər görəcəyi barədə bəyanatlarına cavab verib. Cümə günü Avropa Birliyi bəyanat yayaraq, Rusiyanı Avropanın təhlükəsizliyi ugrunda və regional əməkdaşlıq üçün heç nə etməməkdə günahlandırıb.

XS
SM
MD
LG