Accessibility links

İran Amerikanın yeni prezidentinin mövqeyindən narazı qalıb


Iran parlamentinin sədri Amerikanın yeni seçilmiş prezidenti Barak Obamanı, Tehranın nüvə silahı planlarını qəbuledilməz adlandırdığına görə tənqid edib. Iranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, Əli Laricani Obamanın iradlarını, “Amerikanın keçmiş səhv siyasətinin” təzahürü adıandırıb. İran spikeri bildirib ki, Birləşmiş Ştatlar həqiqətən regionda vəziyyəti dəyişmək istəyirsə, Yaxın Şərqə əməkdaşlıq siqnalı verməlidir.
Cənab Obama İranın nüvə silahı planı ilə bağlı məsələyə cümə günü, özünün Amerika prezidenti qismində keçirdiyi ilk mətbuat konfransında toxunub. O habelə deyib ki, Tehranın terror qruplarını dəstəkləməsinə son qoyulmalıdır.
XS
SM
MD
LG