Accessibility links

Yeni Zelandiyada sağçılar hakimiyyətə gəlir


Yeni Zelandiyada baş nazir seçilmiş sağ mərkəzçi Milli Partiyanı təmsil edən Con Kiy deyir ki, bugünkü seçkilərdə xalq dəyişikliyə səs verib. Cənab Kiyin partiyası səslərin 45 faizini toplayıb ki, bu, da ona 122 nəfərlik parlamentdə 59 yer verir. Müttəfiq partiyaların dəstəyi ilə Milli Partiyanın çoxluq əldə etmək üçün kifayət qədər səsi var. Cənab Kiyin kampaniyası iqtisadi geriləmədən narahatlıq keçirən seçicilərə və dəyişiklik mesajına köklənmişdi. O, seçicilərin “təhlükəsiz, firavan və ambisiyalı” Yeni Zelandiyaya səs verdiklərini söyləyib. O, qlobal maliyyə böhranının qarşıda ciddi sınaqlar yaradacağını, eyni zamanda milli vəhdət uğrunda mübarizə aparacağını qeyd edib.

XS
SM
MD
LG