Pakistan rəsmilərinin bildirdiyinə görə, hərbi təyyarələr bu gün Talibanın Əfqanıstanla sərhəd bölgələrindəki mövqelərini bombardman edib. 13 şübhəlinin hücüm zamanı öldürüldüyü bildirilir. Pakistanın həmin bu şimal-qərb bölgələri Amerika və əfqan qüvvələrinə qarşı mübarizə aparan Əl-Qaidə və Taliban döyüşçülərinin sığınacağı hesab edilir. Pakistanın cənub-qərb bölgəsində bu gün motosiklə yerləşdirilmiş bomba partlayışı səbəbi ilə bir piyada həlak olub, 4 nəfər yaralanıb.