Accessibility links

İraqda bomba partlayışları nəticəsində yeddi nəfər həlak olub


İraq rəsmilərinin bildirdiyinə görə, ölkənin müxtəlif bölgələrində həyata keçirilən bomba hücumları nəticəsində azı 7 nəfər həlak olub təxminən 20 nəfər yaralanıb.

Bombaların biri Diyala vilayətinin Xalis şəhər bazarında işə düşərək 4 nəfərin ölümünə bais olub, Hücumun hədəfi şəhər meri olub. Polis bildirir ki, intiharçı bir qadının Bağdadın qərb hissəsində xəstəxananın girişində bombanı partlatması nəticəsində azı 3 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Həlak olanlar arasında bir qadın da var.

XS
SM
MD
LG