Accessibility links

Amerikanın səsinin baş məqaləsi: “Azərbaycanda beynəlxalq radioların yayımının dayandırılması narahatedici mesaj olardı”


Birləşmiş Ştatlar Azərbaycanın Milli Televiziya və Radio Şurasının Azadlıq və Azad Avropa, Amərikanın səsi və BBC kimi beynəlxalq radioların yerli tezliklərdə yayımını dayandıra biləcəyi barədə xəbərlərlərdən dərin narahatlıq hissi keçirir.

Azərbaycan Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Oktaybırın 31-ində Azərbaycan hökumətinin nəzarətində olan tezliklərdə beynəlxalq yayımların 2009-cu ildə dayandırıla biləcəyini bildirmişdi. Belə bir addımdan təsir görəcək radiolara və ABŞ-ın bütün beynəlxalq yayımlarına nəzarət edən Yayım Şurasına əvvəlcədən bu barədə heç bir məlumat verilməyib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Deyvidson deyib ki, beynəlxalq yayımların Azərbaycan ictimaiyyətində mühüm yeri var: “Demokratik ictimaiyyətlərin açıq və çoxsahəli media mühitinə ehtiyacı var. Amerikanın səsi, Azadlıq radiosu və BBC kimi beynəlxalq yayımların Azərbaycanda ictimai debatların və qarşılıqlı anlayışın genişlənməsində böyük töhfələri olub.

Azadliq radiosu həftədə 67 saatlıq proqramları ilə, dinləyicilərinə ən son xəbər və məlumatları, yerli, social və siyasi məsələlər barədə canlı tok şoular təqdim edir. Amerikanın Səsinin Azərbaycan xidməti isə Bakıda FM tezliyində gündə iki dəfə beş dəqiqəlik xəbər proqramı və yarım saatlıq tam formatlı proqram efirə verir və həmin proqram bir dəfə təkrar olunur. Amerikanın səsinin günün başlıca xəbərlərdindən ibarət 7 dəqiqəlik Nefsflash proqramı həftə günləri, 15 dəqiqəlik Amerika İcmalı proqramı isə Şənbə günləri AZ TV-də efirə çıxır.

Yayım Şurasının üzvü Steven Saymon deyir ki, regionda milyonlarla insan bizim yüksək keyfiyyətli xəbər, informasiya və analizlərimizə etibar edir və biz Azərbaycan hökumətini bu planı yenidən nəzərdən keçirməyə çağırırıq. ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Robert Vud Noyabrın altısında verdiyi bəyanatda deyib ki, ABŞ Azərbaycan hökumətindən məsələyə aydınlıq gətirməsini istəyib. O deyib ki, beynəlxlaq radioların yerli yayımının dayandırılması narahatedici bir mesaj olardı.

XS
SM
MD
LG