Accessibility links

ABŞ prezidenti Corc Buş və prezident seçilmiş Barak Obama Ağ Evdə görüşüblər


ABŞ prezidenti Corc Buş və birinci xanım Lora Buş prezident seçilmiş Barak Obama və ölkənin növbəti birinci xanımı olacaq Mişel Obamanı bu gün Aı Evdə qəbul ediblər. Bu, onların keçən həftə prezident seçkilərindən sonra ilk görüşüdür.

Prezident Buş və cənab Obama administrasiyalararası keçid dövrünü müzakirə ediblər. Onlar müzakirələr aparan zaman xanım Buş xanım Obamanı Ağ Evin prezident igamətgahı olan hissilərilə tanış etmişdir.

Cənab Buş və cənab Obama hakimyyətin keçidinin əmkədaşlıq şəraitində təmin edilməsi tonunda çıxış edirlər.

Cənab Obamanın Ağ Evin kadrlar idarəsinin rəhbəri vəzifəsinə təyin etdiyi Emanuel Rahm bildirib ki, yeni administrasiya üçün əsas prioritet iqtisadiyyat olacaq. Cənab Buş öz aparatına keçid dövrünün mümkün qədər asan təmin edilməsi haqda göstəriş verib.

Cənab Obama 2009-cu il yanvar ayının 20-də and içdikdən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

XS
SM
MD
LG