Accessibility links

2004-cü ildən Amerika qüvvələri bir sıra ölkələrdə Əl- Qaidəyə qarşı reydlər keçirir


New York Times qəzetinin yazdığına görə, 2004-cü ildən Amerika qüvvələri Suriya, Pakistan və digər ölkələrdə Əl- Qaidəyə qarşı bir sıra reydlər keçirib. ABŞ-ın yüksək səlahiyyətli rəsmisinə istinad edən qəzet redlərə müdafiə naziri Donald Ramsfeld tərəfindən göstəriş veridliyini və bu göstərişlərin prezident Buş tərəfindən təsdiq edildiyini bildirir. New York Times yazır ki, göstəriş Amerikanın Əl-Qaidəyə qarşı yeni hucumları və ABŞ-la müharibə vəziyyətində olmayan ölkələrdə hərbi əməliyyatlara səlahiyyət verir. Qəzet 15-20 ölkədə Əl-Qaidə yaraqlılarının fəaliyyətdə olduğunu və bu ölkələrə Pakistan, Suriya, Səudiyyə Ərəbistanı və bir neçə körfəz ölkələrinin daxil olduğunu yazır.

XS
SM
MD
LG