Accessibility links

Ağ Ev Corc Buşla Barak Obama arasında danışıqların konstruktiv keçdiyini deyir


Ağ Ev rəsmiləri bildirirlər ki, prezident Corc Buş və prezident seçilmiş Barak Obama arasında administrasiyanın keçidinə dair müzakirələr “olduqca xoş, konstruktiv və dostluq” şəraitində keçib. Cənab Buş və cənab Obama keçən həftə prezident seçkisindən sonra ilk dəfə görüşürdülər. Onlar arasında məxfi danışıqlar prezidentin ofisində keçib.

Cənab Obamanın kampaniyasının açıqladığı bəyanatda cənab Buşun hakimiyyətin asan keçidinin təmin edilməsinə sadiqliyi alqışlanır. Danışıqlara dair məlumatı olan bir mənbənin bildirdiyinə görə, cənab Obama prezident Buşu ABŞ-ın müflis olmaq riski qarşısında olan avtomobil şirkətlərinə təcili borc verilməsini dəstəkləməyə çağırıb. Prezident seçilən Obamanın cənab Buşu həmçinin daha geniş iqtisadi yardım paketini qəbul edilmək üçün qarşıdan gələn yekun sessiyasında Konqresə təzyiq göstərməsini istədiyi bildirilir.

XS
SM
MD
LG