Accessibility links

Barak Obama Guantanamo həbsxanasının bağlanması yollarını araşdırır


Prezident seçilmiş Barak Obama Guantanamo həbsxanasının bağlanması yollarını araşdırır. Obamaya yaxın mənbələrin bildirdiyinə görə, o, hələ də həbsdə olan 250 məhbusun azad edilməsini nəzərdə tutur. Obamanın planına əsasən onların bəzisi azad ediləcək, digərləri isə federal məhkəmələrdə mühakimə ediləcəklər. Barak Obama Guantanamonun bağlanacağına vəd versə də onun xarici siyasət müşaviri Denis Makdonoq hələ ki, son qərarın verilmədiyini deyir. Obamanın planı maneələrlə üzləşib. Belə ki, Konqresin mühafizəkar üzvləri terrorçuluqda şübhələnilənlər ABŞ ərazisinə gətirilməsinin əleyhinədir. Məhbusların bəzisi vətənlərinə qaytarılmasını istəmir.

XS
SM
MD
LG