Accessibility links

Moksva formal olaraq ABŞ-ın raketlərdən müdafiə sisteminə etiraz edib


Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Moksva formal olaraq, ABŞ-ın mərkəzi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planına etiraz edib. Kremlin adının açıqlanmadığı bir rəsmisinə istinadən bildirilir ki, Rusiya Birləşmiş Ştatlarla Avropada təhlükəsizlik sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edib.Lakin o, ABŞ-ın Rusiyanın raket sisteminə dair narahatlıqlarını azaltmaq səylərinin kifayət olmadığını deyib. Rəsmi nümayəndə əlavə edib ki, Buş administrasiyasını prezident Obamaya onu qəbul etməkdən başqa çıxış yolu qoymamaqda ittiham edib.

Birləşmiş Ştatlar Polşada 10 raket tutan qurğu, Çex Respublikasında isə radar qurğusu yerləşdirməyi planlaşdırır. ABŞ rəsmiləri sistemin Amerika və Avropanın İran kimi ölkələrin raket hücumu qarşısında maraqlarını qorumağa xidmət etdiyini təkidlə bildirirlər. Rəsmi Moksva sistemin Rusiyanın ənənəvi nüfuz dairəsinə hədə təşkil etdiyini və yeni silah yarışına gətirib çıxaracağını bəyan edir.

XS
SM
MD
LG