Accessibility links

Iran raket sınaqlarının nailiyyətlə başa çatdığını bildirir


Iran quru raket sınaqlarının nailiyyətlə başa çatdığını bildirib. Dövlət mətbuat orqanı olan İRNA mudafiə naziri Mustafa Məhəmməd Nəccara istinadən bildirib ki, xalis yanacaq işlədən yüksək sürətli Sicil raketləri İranın silahlı qüvvələrinin fəza ekspertləri tərəfindən istehsal edilib. Nazir bu silahların müdafiə mahiyyəti daşıdığını bildirib. İranın bundan əvvəl sınaqdan keçirdiyi Şahab-3 növlü raketləri 2 000 km-lik məsafəni qət edə bilər. Bu isə ABŞ-in nüvə silahları istehsalına cəhd etməkdə günahlandırdığı İranın Amerikanın regiondakı müttəfiqi İsrailin hədəf dairəsinə düşdüyü deməkdir.

XS
SM
MD
LG