Accessibility links

BMT Baş Assambleyasında dinlərarası sülh konfransı işinə başladı


BMT-nin Nyu Yorkdakı baş qərargahında dünya liderlərinin dinlərarası konfarsı bu gün işinə başladı. Konfransı Səudiyyə Ərəbistanının kralı Abdulla açdı. Çıxışı zamanı Səudiyyə kralı terrizmin və cinayətin bütün dinlərin düşməni olduğunu dedi. İki günlük yığıncaqda BMT-nin baş katibi Ban Ki Munun, ABŞ prezidenti Corc Buşun, Pakistan prezidenti Əsif Əli Zərdarinin, Əfqanıstan prezidenti Həmid Karzain və digər dünya lidelərinin iştirakı gözlənilir. Rəsmilər “Sülh Mədəniyyəti” adı altında keçirilən konfransda dinlərarası dialoq və təriqətlərarası münaqişələrin həllinin diqqət mərkəzində olacağını deyirlər.

XS
SM
MD
LG