Accessibility links

Pakistanda İran diplomatı oğurlanıb


Pakistan polisinin bildirdiyinə görə, bu gün Peşəvərdəki İran konsulluğunun diplomatı Hişmətulla Atarzadə silahlı şəxslər tətəfindən oğurlanıb, onun cangüdəni isə qətlə yetirilib. İranın Xarici İşlər Nazirliyi hücumu terror aktı kimi qiymətləndirmişdir. Qeyd edək ki, bugünkü hücum Peşəvərdə Birləşmiş Ştatların yardım işçisi Stefan Vensin və onun sürücüsünün qətlindən bir gün sonraya təsadüf edir. Polis və ABŞ-ın yardım işçilərinin bildirdiyinə görə, Stefan Vens qəbilələrin yaşadığı Əfqanıstanla sərhəd bölgədə Birləşmiş Ştatların inkişaf layihəsi üzrə çalışdı.

XS
SM
MD
LG