Accessibility links

ABŞ-ın Energetika naziri Bakıdadır


Birləşmiş Ştatlar Xəzər regionunda enerji resurslarının müstəqil və kommersiya cəhətdən sabit nəqlinin inkişafına tərəfdardır. Bunu ABŞ-ın Energetika naziri Samuel Bodman Bakıda bəyan edib. O deyib ki, düzgün idarə olunduğu halda, bu regionun enerji potensialı burada yaşayan xalqların və investorların ciddi iqtisadi inkişafını təmin edəcək.

“Əgər əlverişli investisiya mühitinin təşviqini davam etdirsək, əlavə energetika layihələrinin və neft və qazın Qərb bazarlarına nəqli üçün etibarlı boru kəməri şəbəkəsinin yaradılmasına güvənə bilərik. Beləliklə, yalnız region ölkələrinin deyil, bütün dünyanın iqtisadiyattına böyük dəstək göstərərik” - deyə Bodman bildirib.

ABŞ-ın energetika naziri Xəzər regionunun enerji layihələrinin qlobal enerji təhlükəsizliyi işində töhfə olacağına əmin olduğunu bildirib.

Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey isə bildirib ki, ABŞ-ın adı çəkilən layihələrin həyata keçirilməsindən birbaşa mənfəəti olmadığı üçün qərəzsiz audit keçirilməsində rol oynaya bilər. Cənab Qrey habelə qeyd edib ki, hazırda neftin qiymətlərinin düşməsi müvəqqəti haldır.

XS
SM
MD
LG