Accessibility links

Səttarxan mərasiminə hücum


Noyabrın 4-də Səttarxanın Tehranın Şah Əbduləzim Ziyarətgahındakı məzarı üstünə toplaşan azərbaycanlı fəallar, İran təhlükəsizlik orqanlarının əməkdaşlarının hücumuna məruz qalıblar. “İnsan Haqları Komitəsi”, “ Bizim Sulduz”, “Azad Təbriz” kimi mənbələrin yaydığı xəbərlərə görə, təhlükəsizlik orqanlarının əməkdaşları bir neçə azərbaycanlını o, cümlədən Tehranın Rəcai Universitetinin müəllimi, Abdulla Abbasi Cavan, hərəkatçılar - Hüseyn Məhəmmədi, Firuz Hüseynpur və başqa bir neçə tədbir iştirakçısını həbs ediblər.
Xatıqladaq ki, cənab Abbası keçən il həbs olunaraq, 130 gün müddətinə Tehranın “Evin” həbsxanasında Ettelatın nəzarətində olan 209 saylı təcridxanada saxlanmışdır. Daha sonra, o, Tehranın İslam İnqilabı Məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Hər il noyabrın 13-14-də Milli Sərdar Səttarxanın vəfatının ildönünmü münasibəti ilə onun məzarı üstündə mərasim keçirilir. İran təhlükəsizlik orqanları isə “qanunsuz toplaşma” və “milli təhlükəsizliyin pozulması” iddiaları ilə bu kimi tədbirlərin keçirilməsinə mane olurlar.
Səttarxan, Qacar sülaləsinin hakimiyyəti dövründə, Məşrutəçilik-konstitutsiyalı dövlət üsuli idarəsinin yaranması uğrunda 1900-cü illərdə gedən mübarizənin rəhbərlərindən olub. Təbriz başda olmaqla Azərbaycanın Rus və İran orduları qarşısında silahlı müqavimət hərəkatına və nəhayət hərəkatın qələbəsinə başçılıq edib. Daha sonra silahdaşı Bağırxanla birliklə Tehrana dəvət edilən Səttarxan və onun silahdaşları daha sonra puskuya salınıb.

Hökümət qüvvələrinin hücumu nəticəsində Səttarxanın 300 silahdaşı öldürülüb. Səttarxanın özü isə yaralı olaraq ələ keçirilib. Tehrandan çıxmasına icazə verilməyən Səttarxan 3 il yataq rejimində olub. O, 1914-cü il noyabrın 13-də baxımsızlıqdan həyatını itirib.
XS
SM
MD
LG