Accessibility links

Rəcəb Tayib Ərdogan: `Yerevanla dialoqa açığıq`


Birləşmiş Ştatlarda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan dünya liderlərini qlobal enerji böhranı ilə mübarizə apararkən, Yaxın Şərq və Qafqazdakı siyasi problemləri də nəzərdən qaçırmamağa səsləyib.

Türkiyə ümid edir ki, Amerika onun regionda sülh və inkişafa yönəlik səylərini düzgün başa düşəcək və Konqresdə erməni soyqırımı ilə bağlı iddialara son qoyacaq. Bunu Ərdogan Vaşınqtondakı Brukinqs mərkəzində çıxışı zamanı bəyan edib.

“Amerikanın səsi”nin Türkiyə bürosunun xəbərinə görə, Ərdoğan deyib ki, Ankara regionda sülh və inkişaf axtarışındadır və bu səbəbdən də Yerevanla dialoqa açıqdır. Türkiyə lideri diqqəti ona yönəldib ki, bir müddət əvvəl irəli sürdükləri “Qafqaz evi” təklifinə Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistanda müsbət yanaşılıb. İndi Ankara bu təşəbbüsünü gerçəkləşdirmək üçün növbəti addımlar atmaq niyyətindədir.

Ərdoğan deyib ki, Türkiyənin Amerikanın yeni seçilmiş prezidenti Barak Obamanın administrasıyasından özünəməxsus gözləntiləri var.

Türkiyənin baş naziri Vaşınqtona böyük 20-lik ölkələri liderlərinin yığıncağında iştirak etmək üçün gəlib. Bu tədbir son ayların enerji və qlobal maliyyə böhranı fonunda beynəlxalq səyləri cəmləşdirməyi nəzərdə tutur.Lakin cənab Ərdoğan dünya liderlərinin diqqətini habelə Qafqaz və Yaxın Şərqdəki münaqişə ocaqlarına, xüsusilə də Birləşmiş Ştatların yeni administrasiyası ilə bu istiqamətdə qurulacaq əməkdaşlığa yönəltməyə çalışır. Türkiyə lideri deyib ki, indi dünyada sülh və sabitliyin qorunması üçün əvvəlkindən də artıq əməkdaşlığa ehtiyac var

Barak Obama Ağ Evdə vəzifəsinin icrasına gələn ildən başlayacağı üçün Ərdoğan onunla görüşə bilməyəcək. Lakin Türkiyə liderinin səfər proqramına Obamanın partiyadaşları, o cümlədəm Amerikanın keçmiş dövlət katibi Madlen Olbraytla görüş daxildir. Ərdoğan Türkiyənin böyük 20-liyin üzvü kimi, qlobal enerji böhranınıb həllində əlindən gələni edəcəyini vurğulayıb.

Türkiyə lideri diqqəti ona yönəldib ki, 1990-cı və 2000-ci illərin əvvəllərində onun ölkəsi iki böyük böhrandan qurtulub, yaxşı təcrübə qazanıb və nəticədə sağlam bank sistemi qura bilib. Amma onun sözlərinə görə, indi Ameirkada başlayan və bütün dünyaya yayılan maliyyə böhranı Türkiyədə də hiss olumağa başlayıb, buna görə də Ankara höküməti keçmişdən aldığı dərsləri tətbiq etməyə və böhranı yaxın buraxmamağa çalışır.

Ərdoğan xarici siyasətdən də danışıb, deyib ki, Türkiyə İraqda, Əfqanıstanda və Paksitanda yenidənqurmanı dəstəkləsə də, Amerikanın bunun üçün xərclədiyi milyonlarla dollarların heç bir nəticə verməməsindən təəssüflənir. Belə ki. Ərdoğana görə, indi İraqda hətta nazirlik binaları görkəmsiz halda çalışır və bu mənzərə onu hər dəfə İraqa gedəndə məyus edib. Türkiyə lideri Obamanın Amerika qoşunlarını İraqdan çəkəcəyi barədə seçkiöncəsi bəyanatlarını “vaxtından əvvəl verilmiş qərar” adlındırıb.

Rəcəb Tayib Ərdoğanın Vaşinqton təmaslarında diqqətdə saxladığı digər mövzu Kipr problrmidir. Belə ki, ankara bu münaqişənin Türkiyənin Avropa Birliyinə üzvlüyü qarşısında sədd kimi qoyulmasına qarşıdır. Bununla yanaşı, Türkiyə lideri, Avropanın bir neçə il əvvəl adada referendum keçirilərkən tutduğu aldadıcı siyasəti tənqid edib. O deyib ki, adada türklər yunanlarla birləşməyə müsbət səs veriblər, əvəzində isə bi birləşməyə yox deyən yunanlar Birliyə üzv qəbul edilib. Ərdoğan deyib ki, Avropa Birliyinə üzv oldu-olmadı, Türkiyə onsuz da Avropanın bir parçasıdır.

Vaşinqtona gəlməzdən öncə Nyu Yorkda Kolumbiya universitetində çıxışı zamanı isə Türkiyə lideri bəyan edib ki, Birləşmiş Ştatlarla Türkiyənin strateji müttəfiqliyi təkcə iki ölkə üçün deyil, beynəlxalq sülh və inkişaf naminə vacibdir.

Cənab Ərdogan İraqın gələcəyi ilə bağlı ölkəsinin gözləntilərini orada belə açıqlayıb ki, Türkiyə qonşulugunda siyasi, iqtisadi və bütün istiqamətlərdə inkişafın baş verməsi üçün yardımlarını əsirgəməyəcək, əvəzində isə İraq höküməti və onun tərəfdaşları ölkənin cənubunda öz sərhədləri boyunca terror təhlükəsinin qarşısını almalıdırlar.

Türkiyə lideri İranın nüvə planlarından da danışıb və deyib ki, Tehranın belə bir təhlükəli silaha malik olmasından region ölkələri arasında hamıdan çox Türkiyə narahatdır. Eyni zamanda cənab Ərdoğan deyib ki, nüvə silahlarından bir ölkə yox, hamı imtina etməlidir.

XS
SM
MD
LG