Accessibility links

B.Obama Konqresi tələsməyə çağırır


ABŞ-ın yeni prezidenti Barak Obama Konqresi ölkənin maliyyə böhranını həll edəcək və problemlərlə üzləşən ailələrə yardım göstərəcək planla bağlı təcili addımlar atmağa çağırıb. Bu gün yayımlanan həftəlik radio müraciətində cənab Obama deyib ki, əgər Konqres iqtisadi xilas planını dərhal qəbul etməsə, bunu həyata keçirmək prezident kimi onun prioriteti olacaq. Barak Obamanın sözlərinə görə, xilas planı yeni iş yerləri formalaşdırmalı, ailələri maliyyə təzyiqindən xilas etməli və iqtisadiyyatı bərpa etməlidir. O,dünya liderlərinin maliyyə böhranının həlli yollarını axtarmaq üçün Vaşinqtonda toplaşmalarını alqışlayaraq deyib ki, məsələ koordinasiyalı qlobal cavab tələb edir. Yeni prezident dünən “Böyük İyirmiliy”in sammitində onun əvəzinə nümayəndə heyətinin iştirak edəcəyini bildirib.

XS
SM
MD
LG