Accessibility links

Pakistan müvəqqəti olaraq strateji Xeybər keçidini bağlayıb


Pakistan strateji Xeybər keçidinin müvəqqəti olaraq Əffqanıstanda NATO və ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinə yanacaq və ərzaq çatdıran yük maşınları üçün bağlandığını bildirib. Rəsmilər bazar ertəsi bu mühüm təchizat yolunun maşınlar üçün mühafizəçilərin müşayiəti təmin edilərək yenidən açılacağına ümid etdiklərini bildiriblər.

Ötən həftə silahlı şəxslər Əfqanlıstanda Qərb ölkələrinin hərbi qüvvələrinə ləvazımat daşıyan yük maşın karvanını tayfaların yaşadığı Xeybər mahalında pusquya salmışdı. 13 yük maşını ələ keçirilmişdi. Yük maşınları sonradan tapılmış, lakin daşınan yüklər talan edilmişdi.

XS
SM
MD
LG