Accessibility links

Həmid Karzai Taliban liderini danışıqlara çağırır


Əfqanıstan prezidenti Həmid Karzainin sözlərinə görə, Taliban lideri Molla Ömər aşkara çıxaraq sülh danışıqlarına razılıq versə, onun təhlükəsizliyinə təminat veriləcək. Cənab Karzai jurnalistlərə açıqlamasında bildirib ki, o, hətta bu Əfqanıstanın beynəlxalq tərəfdaşlarına əhəmiyyət verməmək anlamına gəlsə belə, islamçı qaçaq yaraqlı lideri müdafiə etmək üçün mümkün bütün addımları ata bilər.

Bununla belə prezident uzun müddətdir tutduğu mövqeyini bir daha təkrar edərək deyib ki, sülh danışıqlarıaparmaq üçün hər hansı Taliban fraksiyası ilk növbədə Əfqanıstanın Konstitusiyasını tanımalı və Əl-Qaidəni ifşa etməlidir.

Taliban liderləri bundan öncə bəyan ediblər ki, sülh danışıqlarına başlanılmasına zəmin yaratmaq üçün xarici qüvvələr ölkədən çıxmalıdır. Hökumət bu şərti rədd edib.

Ömərin təsis etdiyi Taliban hərəkatı 1996-cı ildən 2001-ci ildə ABŞ-ın hərbi müdaxiləsinə kimi Əfqanıstanı idarə edib.

XS
SM
MD
LG