Accessibility links

Barak Obama prezidentliyə hazırlıq çərçivəsində Senatda yerindən istefa verdi


ABŞ prezidenti seçilmiş Barak Obama Senatda yerindən rəsmən istefa verərək, təmsil etdiyi İllinoys ştatının insanlarına dəstəyə və xeyirxahlığa görə təşəkkürünü bildirib. Bu gün İllinoys qəzetlərində dərc edilmiş məktubunda cənab Obama eyni ştatdan olan keçmiş prezident Abraham Linkoln kimi illinoyslulara təşəkkür edərək, onların dəstək verib ona dua etmələrini istəyib. O, iyirmi ildən artıqdır bu ştata gəldikdən sonra ABŞ Senatında onlara xidmət etməsindən böyük şərəf duyduğunu deyib.

Hələlik İllinoys ştatının demokrat qubernatoru Rod Blaqoyeviçin cənab Obamanın müddəti 2010-cu ildə bitəcək yerinə təyin edilib-edilməyəcəyi aydın deyil.

XS
SM
MD
LG