Moskavada rusiyalı jurnalist Anna Politkovskayanın qətlində əli olan 3 nəfərin məhkəməsi başlayıb. Lakin məhkəməsi başlayan həmin 3 nəfərin heç birinin jurnalistin öldürülməsində birbaşa əli olmayıb. Onlardan biri, keçmiş təhlükəsizlik agenti Pavel Ryaquzoz jurnalistin ünvanını tapmaqda günahkar bilinir. Digər iki nəfə, çeçen qardaşları - Cəbrayıl və İbrahim Mahmudovlar isə Anna Politkovskayanı qətlindən bir həftə əvvəl onu güdməkdə ittiham edilirlər. Jurnalistin qətlində günahkar bilinən dördüncü şəxsə - keçmiş polis işçisinə qarşı irəli sürülən ittihamlar geri götürülüb.