Accessibility links

Kaliforniya ştatında yanğınlar davam edir


Kaliforniya ştatının cənubunda beşinci gündür yanğınlar davam edir. Bu gün hava şəratinin dəyişməsilə yanğınsöndürənlər yanğınlara nəzarət edə biləcəklərinə ümid bəsləyirlər. Ştat rəsmiləri bildirirlər ki, şiddətli küləklərin azalması və rütubət səviyyəsinin düşməsi yanğınsöndürənlərin işinə kömək edir. Lakin onlar deyiblər ki, küləyin istiqmətini dəyişməsi yanğınların başqa bölgələrə keçə bilməsi ehtimalını artırır.

Bu arada, yanğının keçdiyi ərazilərin sakinləri öz yerlərinə qayıtmağa başlayıb. Lakin onların çoxu evlərinin yanıb-yanmadığından xəbərsizdir. Yanğlnlar yüzlərlə evi dağıdıb. Kaliforniyanın cənubunda 50 000-dən artıq insan yerlərindən evakuasiya edilmişdir. Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneqer Los Anceles və daha iki əyalətdə fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG