Accessibility links

B.Klintonun kadrı Obamanın siyahısındadır


ABŞ Demokrat partiyasının rəsmiləri deyir ki, növbəti prezident Barak Obama baş prokuror vəzifəsinə sabiq Klinton administrasiyasının rəsmisini nəzərdən keçirir. Aparıcı partiya rəsmiləri təsdiq ediblər ki, cənab Obama vəzifəni Bill Klintonun dönəmində prokuror müavini işləmiş Erik Holderə təklif edib. Əgər ABŞ Senatı tərəfindən qəbul edilərsə Holder, ABŞ Ədliyyə Departamentinə rəhbərlik edəcək ilk Afrikalı-Amerikalı olacaq. Obamanın müşavirləri hazırda Holderin dəstək səviyyəsini öyrənmək üçün senatorlarla məsləhətləşmələr aparır.

XS
SM
MD
LG