Accessibility links

"Qlobal maliyyə böhranı Rusiyaya ağır zərbə vurub"


Rusiya baş naziri Vladimir Putin deyir ki, onun hökuməti ölkə iqtisadiyyatını məhvdən qorumaq üçün əlindən gələn hər bir addımı atacaq. Cənab Putin bu gün Moskvada rəhbəri olduğu Vahid Rusiya partiyasının konqresində çıxış edərək, müxtəlif vergi ixtisarları da daxil olmaqla yeni stimullaşdırma paketi üçün planları bəyan edib. O, bildirib ki, qlobal maliyyə böhranı Rusiyaya ağır zərbə vurub. Enən yanacaq qiymətləri Rusiyanın gəlirlərinə ciddi təsir göstərib və ölkənin birjaları o qədər sürətlə düşüb ki, rəsmilər son aylarda dəfələrlə bazarı dayandırıb. Ancaq cənab Putinin sözlərinə görə, Rusiyanın özünü bərpa etmək üçün kifayət qədər maliyyə ehtiyatı var.

XS
SM
MD
LG