Accessibility links

İraqlılar Təhlükəsizlik Paktına etiraz edir


Təhlükəsizlik paktı təklifinə qəzəblənən iraqlılar Bağdad küçələrində nümayiş keçirərək ABŞ prezidenti Corc Buşun portretini yandırmış və tapdalamışlar. Şiə dini lider Möqtəda Əl-Sədrin minlərlə tərəfdarı Firdous Meydanında toplaşaraq 2003-cü ildə ABŞ əsgərlərinin və iraqlıların yıxdığı Səddam Hüseynin abidəsinin yerində plakatlar qaldırıblar. Nümayişçilər təhlükəsizlik paktını “alçaldıcı” və “utancverici” adlandırıblar. İranda olduğu ehtimal edilən Əl-Sədr kütləyə mesaj göndərərək ABŞ qüvvələrinin ölkəni tərk etməsinə yardım göstərəcəyini bildirib. Azlıq təşkil edən sədrçi qanunvericilər razılaşmanın parlamentdə oxunuşunda sessiyanın yarımçıq dayandırılmasına müvəffəq olublar. Gözləndiyi kimi, əgər İraq hökuməti paktı təsdiq etsə, bu, Amerika qüvvələrinin ölkədə daha 3 il qalmasına imkan yaradacaq.

XS
SM
MD
LG