Accessibility links

Rusiyada prezidentlik müddəti artırıldı


Rusiya parlamentinin aşağı palatası – Duma ölkədə prezidentlik müddətinin 4 ildən 6 ilə qədər uzadılmasına dair qanun layihəsini səs çoxluğu ilə təsdiq edib. Sənəd 3-cü və yekun oxunuşda deputatların 80 faizindən çoxu tərəfindən 392 səslə təsdiq olunub.

Yeni qanun eləcə də aşağı palata üzvlərinin deputatlıq mandatının 4 ildən 5 ilə qədər uzadılmasını nəzərdə tutur. Yeni müddət artıq növbəti prezidentə şamil ediləcək.

Bu ayın əvvəli prezident Dmitri Medvedev bu məsələyə dair Konstitusiya dəyişiklikləri etmək istədiyini bəyan etmişdi.

Müxalifət bu planı tənqid edir. Onların fikrincə, bu qərar baş nazir Vladimir Putinin yenidən prezidentliyə qayıtmasını planlaşdırır.

XS
SM
MD
LG