Accessibility links

İraq parlamenti ABŞ-la təhlüksəsizlik paktını gələn həftə səsverməyə çıxaracaq


İraq qanunvericiləri gələn həftə ABŞ və İraq arasında təhlüksəiziliyə dair müqaviləni səsverməyə qoymağa hazırlaşırlar. Sənəddə ABŞ hərbi qüvvələrinin İraqda mövcudluğunun şərtləri müəyyən edilir. İraq parlamentinin spikeri bu gün bildirib ki, parlament sənədi çərşənbə axşamı səsverməyə qoyacaq. İraq və ABŞ liderləri Amerika hərbi qüvvələrinin gələn ilin iyun ayına qədər ölkədən çıxarılmağa başlamasını nəzərdə tutan müqaviləyə dəstək bildiriblər.

XS
SM
MD
LG