Accessibility links

Rusiya ABŞ-ın planlarını özünün strateji potensialına hədə sayır


Rusiyanın baş naziri Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanı Birləşmiş Ştatların Şərqi Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirmək planına yenidən baxmağa çagırıb. O deyib ki, Moskva bu yöndə istənilən təşəbbüsü cavabsız buraxmayacaq.

Cənab Putin bu gün Sankt-Peterburqda keçirilən humanitar hüquq məsələlrəinə dair konfransda danışıb. O deyib ki, ABŞ-ın bu layihələri Rusiyanın strateji potensialının əksinə yönəlib.

Buş Administrasiyası İrandan gələn təhlükənin qarşısını almaq məqsədilə Çexiya və Polşada 10 ədəd tutucu-raket və bir radar yerləşdirməyi nəzərdə tutur. Rusiya isə, bu raketlərin özü üçün təhlükə törətməsindən ehtiyatlanır.

Putin eyni zamanda bildirib ki, ABŞ aministrasiyası Avropada raketdən müdafiə sistemləri yerləşdirilməsi planlarından əl çəkərsə, o zaman Rusiya cavab addımlarının atılmasından daşına bilər.

XS
SM
MD
LG