Accessibility links

Anna Politkovskayanın qətlinin siyasi sifariş olduğu deyilir


Rusiya jurnalisti Anna Politkovskayanın qətlində əli olmaqda günahkar bilinən şəxslərdən birinin vəkili deyib ki, journalistin qətli onun tənqidi məqalələri ilə əlaqədar siyasətçi tərəfindən sifariş verilib. Vəkil Murad Musayev bu gün bildirib ki, işlə bağlı sənədlərdə siyasətçinin adı göstərilməyib. Vəkil bildirib ki, prokurorlar Anna Politkovskayanın qətlinin xaricdən sifariş edildiyini düşünürdülər. Xatırladaq ki, Anna Politkovskaya 2006-cı ilin oktyabr ayında Moskvadakı mənzilində öldürülmüşdü. Onun qətlində ittiham edilən Rüstəm Mahmudov hələ də axtarışdadır.

XS
SM
MD
LG