Accessibility links

Sankt-Peterburq şəhərində partlayış baş verib


Rusiyanın Sankt- Peterburq şəhərinin metro stansiyası yaxınlığında maşında baş vermiş partlayış bir uşaq da daxil edilməklə 3 nəfərin ölümünə, bir nəfərin ağır yaralanmasına səbəb olub. Rəsmilərin bildirdiyinə görə hadisə səhər, çox sayda insanın işə getdiyi vaxt baş verib. Hadisə ilə bağlı istinaq aparıldığı, lakin bunun terror aktı olmadığı deyilir. Rusiya mediasının məlumatında ölən şəxslərin bir ailənin üzvləri olduğu, sürücünün isə ağır yaralandığı bildirilir.

XS
SM
MD
LG