Accessibility links

Koreyalar arasında münasibətlər daha da gərginləşib


İki ölkə arasındakı münasibətlər pisləşdikcə, Cənubi Koreya bəyan edib ki, 9 rəsmi Şimali Koreyadakı sənaye anklavını cümə günü tərk edəcək. Seulda Birləşmə Nazirliyinin sözçüsü deyib ki, bu addım Pxenyanın Kaesonqda fəaiyyət göstərən sənaye mərkəzini bağlamaq haqda müraciəti əsasında atılır.

Sərhəd yaxınlığındakı sənaye mərkəzi barışığın simvolu kimi inşa edilmişdi. Orada 90 Cənubi Koreya şirkəti fəaliyyət göstərir ki, bu şirkətlərdə 33 000 Şimali koreyalı işləyir. Şimali Koreya bazar ertəsi, dekabrın 1-dək anklavdan Cənubi Koreyalı işçilərin yarısını çıxaracağını elan edib.

XS
SM
MD
LG