Accessibility links

ABŞ Rusiya-Venesuela hərbi manevrlərini monitorinq edəcəyini deyib


ABŞ Dövlət Departamenti Rusiya-Vnesuela hərbi manevlərinin diqqətlə monitoring ediləcəyini deyib. Lakin bunun ABŞ-ın regiondakı nüfuzuna ziyan vurmayacağını bəyan edib. Belə ki, Rusiya və Venesuela dekabr ayının birində başlayacaq birgə həbi təlimlərin iştirakçısı olacaq. İlk Rusiya prezidenti kimi Karakasa səfər edən Dmitri Medvedev mülki məqsədlərlə nüvə enerjisinin istehsalına dair Venesuela prezidenti Huqo Çaveslə razılıq əldə edib. Rusiya liderinin səfəri Rusiyanın soyuq müharibə dövründən sonra Karib hövzəsinə hərbi gəmi göndərməsi ilə eyni vaxta təsadüf edir.

Rusiya prezidenti Venesuelaya silah satışının davam etdiriləcəyə vəd verib. O, bunun heç bir ölkə əleyhinə yönəlmədiyini, əksinə yeganə qüdrətin dominantlıq edə bilməyəcəyi bir dünyanın yardaılmasına xidmət etdiyini deyib. Venesuela Rusiyadan 4 milyard dollarlıq silah, döyüş vertolyotları və hərbi təyyarələr alıb. Rusiya prezidentinin Latın Amerikasına səfəri Kuba regionunda başa çatacaq.

XS
SM
MD
LG