Rusiya prezidenti Dmitri Medvedev ABŞ dövlət
katibi Kondoliza Raysın bu həftənin əvvəlində Rusiya və Gürcüstanın NATO-ya
üzvlüyü ilə bağlı səsləndirdiyi bəyanatından qane olduğunu bildirib. Cənab
Medvedev bu gün Kubanın paytaxtı Havanaya səfəri zamanı deyib ki, Birləşmiş
Ştatların mövqeyi sağlam düşüncənin göstəricidir. Çərşənbə
günü Rays bildirib ki, ABŞ keçmiş Sovet respublikaları olan Gürcüstan və
Ukraynanın NATO-ya üzvlüyüylə bağlı təkid etməyəcək. O, deyib ki, NATO Gürcüstan
və Ukrayna komissiyaları ilə danışıqları intensivləşdirə bilər. Gələn həftə Brüsseldə NATO nazirlərinin iclası
keçiriləcək.