Accessibility links

Mumbaydakı terror hücumları Pakistanla Hindistan münasibətlərində gərginlik yaradıb


Hindistanla Pakistan arasında Pakistanın Mumbay hücumlarında əli olması ilə bağlı diplomatik danışıqlar gedir. Bu iki, nüvə silahına malik qonşu ölkələr arasında gərginlik Mumbayda 140 nəfərin ölümü, 300 nəfərdən çox insanın yaralanması ilə nəticələnən hücumlardan sonra daha da atıb. Hindistanın yüksək səviyyəli diplomatları və bəzi siyasətçilərinin Mumbayda həyata keçirilən terror hücumlarında Pakistanın əli olmasını deməsindən sonra Dehli ilə İslamabad arasında münasibərlər gərginləşib.

Hindistanın xarici işlər naziri Pranab Muxerji Pakistanın Hindistan iqtisadiyyatına zədə vurmağa çalışan terrorçularla əlaqdəsi olduğunu deyib. Cənab Muxerji deyib ki, hücumlarla bağlı dəllillər Pakistanın terrorçularla əlaqəli olduğunu göstərir. Muxerji eləcə də, Pakistanı həmin ölkədə mövcud olan terror infrastrukturunu ləğv etməyə çağırıb.


XS
SM
MD
LG