Accessibility links

Tayland aeroportlarında blokada davam edir


Tayland polisi bu həftənin əvvəlindən başlayaraq hökumətə qarşı etiraz aksiyaları keçirənlərin Banqkokda ələ keçirdikləri əsas yerli və beynəlxalq aeroportları tərk etməyə çağırıb. Hökumət əleyhinə etiraz əlaməti olaraq paytaxtdakı əsas aeroportları ələ keçirən minlərlə etirazçı ərazini təmizləməyə əmr almış təhlükəsizlik qüvvələrinə müqavimət göstərməyə hazirlaşır.

“Xalq Demokratiya Naminə” alyansının lideri bu gün bildirib ki, onlar yerlərində qalacaqlar və xalqın dəstəyi ilə polisə müqavimət göstərəcəklər. Polis isə hərbi qüvvələrdən istifadə etməzdən əvvəl aeroport terminalının azad edilməsi məsələsini həmin alyansla müzakirə etmək istədiyini bildirib. Etirazçılarla birlikdə uşaqların da olduğuna görə zorakılıqların qaşısının alınmasına çalışılır.

Qeyd edək ki, aeroportun blokadaya alınması nəticəsində minlərlə sərnişin səyahət edə bilmir və bu ölkə iqtisadiyyatının milyonlarla dollar itirməsi deməkdir. Dünən isə baş nazir Somçay Vonqsavat ölkə aerportlarında fövqəladə vəziyyət elan ediləcəyini bildirib.

XS
SM
MD
LG