Accessibility links

Cəmşid Zarei zaminə buraxılıb


İranda ETTELAAT-ın Təbriz idarəsinin bir müddət əvvəl həbs etdiyi azərbaycanlı fəal Cəmşid Zarei 20 000 dollar müqabilində zaminə buraxılıb. Bəzi mənbələr onun dəyəri 200 milyon RİL (20 000 Dollar) olan mülkünü zamin qoyduğunu bildirir. Cənab Zarei ETTELAAT-da saxlanılarkən fiziki təzyiqlərə məruz qalıb.

O noyabrın 17-də iş yerində tutulularaq və qeyri-müəyyən yerə aparılıb. Bundan başqa qeyd edək ki, Cəmşid Zarei əvvəllər də bir neçə dəfə tutulub və uzun müddət həbsdə qalıb. Son belə hadisə keçən ay baş verib. O, salanılaraq ETTELAAT-ın gizli təcridxanasına aparılıb. İşkəncələrə məruz qalan azərbaycanlı fəal daha sonra Təbriz həbsxanasına köçürülüb. Cəmşid Zarei həbsinin əsassız olmasına və ona qarşı törədilən işgəncələrə etiraz əlaməti olaraq aclıq aksiyasına başlamışdı. Bir müddətdən sonra o azadlıqa buraxılıb.
XS
SM
MD
LG