Hindistan rəsmilərinin bildirdiyinə görə, Mumbay mehmanxanasında terroristlərin öldürülməsi ilə terror aksiyalarına son qoyuldu. Təhlükəsizlik qüvvələri Tac Mahal mehmanxanasının otaqlarını bir-bir yoxlayaraq, təhlükəsizliyin təminat altına alındığından əmin olmağa çalışır. 3 günə yaxın davam edən qarşıdurma 200-dən artıq insanın ölümü ilə nəticələnib. Terrorşuların hucumuna məruz qalna Oberoi-Trident mehmanxanasında isə qarşıdurma dünən başa çatmışdı. 11 terroristin qətlə yetirildiyi bildirilir.