Accessibility links

Hindistanın təhlükəsizlik rəsmisi istefa verib


Hindistan hökuməti Mumbayda terror əməliyyatının qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirmədiyinə görə tənqidlərlə qarşılaşdığı zaman ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmisi istefa verib. Hindistan rəsmiləri Daxili İşlər Naziri Şivrac Patilinin qanlı Mumbay terror hücumuna görə vəzifəsindən istefa verdiyini bildirirlər. Rəsmilər deyirlər ki, bu barədə qərar hakim Kongress partiyasının iclasından sonra qəbul edilib. Baş nazir Manmohan Sinq bü gün Dehlidə Hindistanın bütün siyasi partiyalarının iştirakı ilə keçirdiyi iclasda deyib ki, hökumət təhlükəsizlik əməliyyatları aparmaq qabiliyyətini artırır. Cənab Sinqh Milli Təhlükəsizlik qvardiyasının sayının artırıldığını bəyan edib.

Mumbayın 10 bölgəsində koordinasiya edilmiş terror hücumları nəticəsində 175 nəfər adam həlak olub. Hindistan komandos qüvvələrinin əməliyyatı zamanı 9 hücumçunun öldürüldüyü bildirilir. Vəsiqəsində Pakistanlı oıduğunu göstərən bir silahlı şəxs saxlanılıb.
XS
SM
MD
LG