Accessibility links

ABŞ Mumbay terror hücumları ilə bağlı təhqiqata kömək edir


ABŞ-ın diplomatik mənbələrindən bildirilir ki, Birləşmiş Ştatlar rəsmilərindən ibarət qrup Hindistan hökumətinə Mumbay hücumlarının təhqiqatında kömək etmək üçün ölkəyə səfər edib.

ABŞ hökuməti istintaqda hansı agentliyin iştirak etməsilə bağlı informasiyanı hələlik açıqlamayıb.

ABŞ prezidenti Corc Buş hücumlarla bağlı təhqat aparılmasında Hindistana kömək təklif edib. Prezident Buş deyib ki, Hindistanın xalqı Birləşmiş Ştatların onlarla bir dayandığına əmin olmalıdır.

XS
SM
MD
LG