Accessibility links

NASA şatlın Yerə enməsi planını dəyişir


ABŞ-ın Endevor şatlı pis hava şəraitinə görə bu gün Florida ştatında əsas enmə meydançası olan Kennedi Fəza mərkəzi deyil, ehtiyat planına əsasən Yerə enəcək.

Pis hava şəraitinı görə ABŞ-ın fəza və astronaftika agentliyi NASA Endevor şatlının Kaliforniya ştatında Edvards hərbi hava qüvvələrinin bazasında enməsinı icazə verib. Şatl bu gün yerli vaxtla saat 1:25 yerə enməlidir.

NASA bildirir ki, hava mütəxəssisləri Floridada pis hava şəraitinin bazar ertəsi gününə qədər davam edəcəyini bildirdiyi üçün ehtiyat planından istifadə etməyə məcbur olub.

Şatlın çərçənbə axşamı gününə kimi kifayət qədər ehtiyatı var.

Endevor və onun yeddi üzvdən ibarət ekipajı Beynəlxalq Fəza stansiyasında yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fəzaya 16 günlük missiyanı başa çatdırır.

XS
SM
MD
LG