ABŞ prezidenti seçilmiş Barak Obamanın keçmiş rəqibi Hilari Klintonu Dövlət katibi vəzifəsinə nominasiya edəcəyi gözlənilir. Cənab Obama sabah Çikaqoda keçirəcəyi mətbuat konfransında bununla yanaşı, özünün milli təhlükəsizlik komandasının üzvlərinin adlarını da elan etməlidir. Onun Robert Geytsi Müdafiə naziri vəzifəsində saxlayacağı, hərbi dəniz qüvvələrinin təqaüddə olan generalı Cim Consu isə milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə nominasiya edəcəyi gözlənilir.
Cənab Obama və senator Klinton Demokrat partiyasından prezidentliyə rəsmən nominasiya olunmaq üçün uzun və gərgin mübarizə aparmışdılar.