Accessibility links

ABŞ terror və nüvə hədələrinə qarşı əlavə hərbi dəstələr yaradır


Bu gün yayılan məlumatlarda bildirilir ki, ABŞ Müdafiə Nazirliyi ölkənin terror və nüvə hədələrinə qarşı mübarizəsinə dəstək məqsədilə 20 000-lik əlavə qoşun bölüyü yaratmaq niyyətindədir. “Vaşinqton Post” Pentaqondakı mənbələrə istinadən xəbər verir ki, bu plan 2001-ci ilə qədər üç çevik hərbi birləşmənin yaradılmasını nəzərdə tutur. Birinci birləşmə artıq toplanıb. Bu baza Birləşmiş Ştatların cənub şərqində - Corciya ştatında yerləşir. Daha iki əlavə qrup isə Milli Qvariyanın ehtiyatında olacaq və hücum həmlələrinə cavab zamanı yardımçı xarakteri daşıyacaq. Onlar habelə bioloji, kimyəvi, nüvə və digər yüksək texnolojı silahlara qarşı təlimlər keçəcəklər.

XS
SM
MD
LG