Accessibility links

Dövlət katibi Kondoliza Rays Mumbay hücumlarını qınayıb


ABŞ Dövlət katibi Kondoliza Rays Pakistanı Hindistanın maliyyə mərkəzi olan Mumbaydakı terror hücumlarının təhqiqatı ilə əlaqədar tam əməkdaşlığa çağırıb. Bu gün Hindistana səfərdən əvvəl Londona uçan zaman təyyarədə müxbirlərlə danışan xanım Rays deyib ki, o, tələsik nəticələr çıxarmaq istəmir. Lakin bildirib ki, Pakistan təhqiqat nəticəsində əldə olunan dəlilləri təqdim etməlidir. Hindistan hücumlarda pakistanlı elementlərin əli olduğunu bildirir. Pakistan dövlət agentliklərinin hücumlarda əli olduğunu rədd edir və təhqiqat zamanı əməkdaşlıq etməyə söz verir. Dövlət katibi Rays Londonda NATO-nun iclasında iştirak etdikdən sonra Hindistana yola düşəcək.

XS
SM
MD
LG