Accessibility links

AKP-nin İstanbuldakı ofisi yaxınlığında bomba hücumu həyata keçirilib


Türkiyənin yüksək səviyyəli rəsmilərinin bildirdiyinə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının ofisi yaxınlığında həyata keçirilən bomba hücumu nəticəsində azı 6 nəfər yaralanıb. İstanbulun qubernatoru Muəmmər Gülər partlayışın partiyanın İstanbuldakı ofis binasının girəcəyində həyata keçirildiyini bildirib və deyib ki, ehtimal ki, partladılan bomba əldəqayırma olub. Hələlik hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Başqa bir hadisə isə İzmir vilayətinin Əlikahya şəhərində baş verib. Burada baş verən qaz partlayışı 3 nəfərin ölümünə, 5-nin yaralanmasına səbəb olub.

XS
SM
MD
LG