Accessibility links

Bu gün Dünya GİÇS günüdür


Dünya ölkələrinin liderləri bu gün, dünya QİÇS gününün 20 ili tamam olan zaman xəstəliyə qarşı mübarizədə səyləri gücləndirməyə söz veriblər. ABŞ prezident Corc Buş deyib ki, onun administrasiyası dünyada QİÇS xəstəsi olan və onun virusunu daşıyan iki milyon insanın bu ilin sonuna qədər müalicə edilməsi məqsədinə artıq nail olub.

Cənab Buş bu gün Ağ Evdə müxbirlərə deyib ki, administrasiyanın QİÇS xəstəiliyilə mübarizədə təcili planı dünya boyu 10 milyondan artıq insana kömək etmişdir. Onun bildirdiyinə görə, buraya həyatı xilas edilmiş 237 000 körpə də daxildir. BMT-nin səhiyyə rəsmiləri QİÇS xəstələri və onun virusunu daşıyan insanların müalicəsinə daha artıq diqqət verməyə və bunun üçün maliyyə ayırmağa çağırıb.

XS
SM
MD
LG