Accessibility links

Corc Buş: `Mən vəzifəyə müharibəyə hazır gəlməmişdim`


ABŞ prezidenti Corc Buş deyib ki, o, vəzifəyə müharibəyə hazır vəziyyətdə gəlməyib və onun ən çox təəssüf etdiyi məsələ İraqın kütləvi qırğın silahlarına malik olmasına dair qüsurlu kəşfiyyat məlumatları olub. Corc Buş bu açıqlamaları ABC tele-şirkətinə müsahibəsi zamanı verib. Müsahibənin bir hissəsi dünən televiziyada yayımlanıb. Prezident bildirib ki, İraqla bağlı kəşfiyyat məlumatlarının bundan fərqli olmasını arzu edərdi, çünki bir çox adamın adı bu qüsurlu informasiya görə ləkələnmişdir. Cənab Buş Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olmadığını bilsəydi, 2003-cü ilin mart ayında İraqda müharibənı başlayıb-başlamasaydı sualını cavabsız qoyub. O habelə deyib ki, ABŞ hərbi qüvvələrinin münasib vaxt olmadan İraqdan çıxarılması prinsiplərdə güzəştə getmək demək olardı.

XS
SM
MD
LG