Birləşmiş Ştatlar prezidenti seçilmiş Barak Obama və Amerika ştatlarının qubernatorları ilə görüşün diqqət mərkəzində ölkədə iqtisadi böhran olub. Görüşdə iqtisadi çətinlikliklərlə qarşılaşmış ştatlara yarım məsələsini müzakirə edilib. Cənab Obamanın ştat rəhbərlərilə Filadelfiyada görüşünün ikinci günü o, Milli Qubernatorlar Assosiyasının üzvlərilə danışıqlar aparacaq. Assosiasiya infrastruktur layihələri üçün federal hömumətdən 136 milyard dollar istəyir. Bu vəsait keçən ay cənab Obama və demokratların Konqresdə təsdiq etdiyi 500 milyard dollarlıq büdcə stimullaşdırma planından ayrılacaq. Assosiasiyanın bildirdiyinə görə, iqtisadi tənəzzülə görə artıq 20 ştat öz büdcəsindən 7 milyard dollar kəsməli olub.