Accessibility links

Senator Saksbi Çamblis Corciya ştatından yenidən Senata üzv seçildi


ABŞ-ın Corciya ştatının seçiciləri respublikaçı senator Saksbi Çamblisi yenidən Senata üzv seçib. Beləliklə, Senatda 60 yerlə demokratların super əksəriyyət əldə etməsi baş tutmayıb.

Saksbi Çamblis demokrat rəqibi Cim Martini məğlub edib.

Noyabr seçkilərində demokratlar və müstəqil nümaydəndələr 58-lə 40 arasında yer əldə edib.

Demokratlar Çamblisin Corciya və Norm Kolmenin Minnesota ştatında məğlub olacağı ilə əksəriyyət əldə edəcəklərinə ümid bəsləyirdilər.

Minnesotada Al Franklinlə Kolmen arasında yarışların nəticəsi hələ hesablanır.

XS
SM
MD
LG