Accessibility links

İraqda ələ keçirilən terrorçular Hizbullah-ın üzvü olmaqda şübhəli bilinir


ABŞ-ın İraqdakı hərbi qüvvələri bildirirlər ki, koalisiya qüvvələri İranın dəstəklədiyi şəbəkənin üzvü olduğundan şübhəli bilinən iki terrorçunu saxlayıb. Rəsmilərin verdiyi məlumata görə, üçüncü şübhəli Xətaib Hizbullah təşkilatının üzvlərinin hədəf alındığı əməliyyat zamanı öldürülüb. Əməliyyat Bağdadın Karada rayonunda həyata keçirilib. Qrup İraqda mülki vətəndaşlar və koalisiya qüvvələrinə qarşı son zamanlar həyata keçilmiş hücumlarda günahlandırılır.

XS
SM
MD
LG